Xəbər lenti
Mir Məhəmməd Kərim Bakuvinin “Dua məcmuəsi” kitabı Azərbaycan İlahiyyat İnstitutuna hədiyyə edilib
Görkəmli Azərbaycanlı təfsir alimi Mir Məhəmməd Kərim Bakuvinin “Dua məcmuəsi” kitabı Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) hədiyyə edilib. “Dua məcmuəsi” kitabında salavatın növləri, xüsusi seçilmiş dualar və zikr növləri toplanıb.
Kitab AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, Aİİ-nin müəllimi ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı tərəfindən instituta təqdim olunub. Qeyd edək ki, sözügedən kitabı M.Babaşlıya alimin qızı Əliyyə xanım bağışlayıb.
Xatırladaq ki, son illərdə Bakuvinin həyat və yaradıcılığı tədqiqatçılarımız tərəfindən araşdırılır. Repressiya qurbanına çevrilmiş alimin əlyazmalarının böyük hissəsinin aqibətinin naməlum olmasına baxmayaraq, Mir Məhəmməd Kərim Bakuvinin kitabxanasına aid bəzi kitabların bir qismi arxivlərdə qorunub saxlanılır.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda dini-elmi əlyazmaların toplanması və tədqiqi ilə bağlı bir sıra işlər görülür. Bu dəyərli əlyazma da Aİİ-nin silsilə nəşrləri arasında çap edilmək məqsədilə İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov tərəfindən araşdırılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar