Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Normal ailəm, övladlarım, nəvələrim var...”- Şahlar Əsgərovun doğum gününə

Tarix: 16-06-2020 18:30     Baxış: 4368 A- / A+
“Normal ailəm, övladlarım, nəvələrim var...”- Şahlar Əsgərovun doğum gününə

Neçə gün idi ki, yaranmış zərurətlə əlaqədar Bakıda deyildim, əslində bir növ sosial mühitdən təcrid olunmuşdum. Yəqin, mənimlə razılaşanlar olar ki, adətən insan radio, televiziya, internet kimi digər elektron resurslardan, ümumiyyətlə kütləvi informasiya vasitələrindən hətta 5-3 gün müddətinə olsa belə müvəqqəti aralananda, hətta hansı ayın hansı günü olduğunu belə bir anlığa unudur.

Dünən dostlardan biri tarixi günlərimizdən olan Milli Qurtuluş günü barədə söhbət açarkən həmin günün məhz müavini olduğum Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri yaxın dostumuz, həmkarımız və əzizimiz Şahlar müəllimin də doğum günü olduğunu mənə xatırlatdı.

Hər dəfə Şahlar müəllimdən söhbət düşəndə istər-istəməz "Uzaq sahillərdə” filmindən alman zabitinin Mixayloya ünvanladığı bir epizod yadıma düşür: "Bilmirəm sən rəssamsan, yoxsa ki, kəşfiyyatçı?” Indi, zabitin sözü olmasın Şahlar müəllim fizikdir, pedaqoqdur, psixoloqdur, fizioloqdur, filosofdur və ya ictimai- siyasi xadimdir sualı ətrafındakı düşüncələrimdə belə qənaətə gəlirəm ki, Şahlar müəllim mənim nəzərimdə ixtisas və fəaliyyət dairəsindən asılı olmayaraq elmimizin, təhsilimizin xiffətini çəkən, sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalıdır.

Fiziki elektronika sahəsində apardığı tədqiqatlar, aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində geniş tətbiq olunduğu mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər.

Şahlar Əsgərovun tədqiqatlar apardığı digər sahə - təhsilin fəlsəfəsi, sosial fəlsəfə və pedaqogikadır. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi mötəbər akademik jurnallarında çap edilərək, geniş yayılmaqdadır. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.

Sözüm onda deyil... Görünən kəndə nə bələd deyib atalarımız..

Kiməsə adi görünən, sadə ziyalı anlayışı bir çoxlarının düşündüyü kimi elmi dərəcələrlə, tutduğu vəzifə və qazandığı titullarla, orden və medallarla ölçülmür. Ziyalılıq vətəninə, torpağına bağlılıqdır, elınə, obana sədaqətlilikdir, millətinin, xalqının dərdinə, qayğılarına şərik olmaqdır. Şahlar müəllimin nə vəzifəyə, nə titula, nə də yeni karyera yüksəlişinə ehtiyacı yoxdur, o bütün bu yolları keçib, lazım olduğundan da artığına nail olub. Onu düşündürən elmimizin, təhsilimizin daha da inkişaf etdirilməsində imkanı daxilində öz töhfəsini vermək, bu ışdə müəyyən pay sahibi olmaq, bu sahədə yetişməkdə olan gənc nəslə dəstək verməkdir. Onun arzusu doğulub boya-başa çatdığı azərbaycanını dünya elminə tönfə verən qabaqcıl ölkələr sırasında görməkdir.

Əbülqasim Firdovsinin belə bir kəlamı var: "Əgər yol səni dünyanı dərk etməyə aparırsa, bu nə qədər uzun və çətin olursa olsun - irəli!" Şahlar Əsgərovun rus dilinə də tərcümə edilərək Moskvada nəşr edilən “Kamilləşən düşüncə” kitabını oxuyarkən, istər-istəməz belə bir qənaətə gəlirsən ki, daha irəli addımlamaq, yeni uğurlara imza atmaq üçün istəsək də, istəməsək də düşüncəmiz kamilləşməlidir.

Gecikən təbrikimi Şahlar müəllimin öz sözləri ilə yekunlaşdıriram: " İnsan həyatı iki nöqtə arasında baş verir: doğum və ölüm günləri. Bu iki nöqtə insanın öz əlində deyil. Bu nöqtələr arasındakı zaman isə insanın öz əlindədir. Bu zamanı sən necə yaşadın? - sualına fərd özü məsuliyyət daşıyır. Hesab edirəm ki, bu iki nöqtə arasındakı ömrü mən şərəflə və dolğun yaşamışam. 20-dək dissertasiya, 100-dən çox diplom işinə rəhbərlik etmişəm. 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifiyəm. Numizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərim var. Dünyanın bir çox tanınmış alimləri ilə birgə məqalə müəllifiyəm. Normal ailəm, övladlarım, nəvələrim var.”

Bəzən müəyyən xəyallara qaplarkən, mən də öz-özümə sual verirəm: İnsana daha başqa nə lazımdır…?

Nadir İsrafilov
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar