Xəbər lenti
Türkiyədə möhtəşəm təhsil kampaniyası – Pandemiyanın yaratdığı fürsətlərdən yararlanın!
Koronavirus pandemiyasının ən çox təsir etdiyi sahələrdən biri də sözsüz ki, təhsil sektorudur. Xüsusilə xaricdə təhsil alan tələbələr və yaxud bu arzuda olanlar mövcud pandemiya şəraitində nə edəcəklərini aydınlaşdırmaqda çətinlik çəkirlər.
Manevr.az xəbər verir ki, bu sahədə böyük təcrübəsi olan AkademiGroup Xaricdə Təhsil Şirkətinin rəhbəri Murad Ağalarov abituriyentlərin öyrənmək istədiyi məsələlərə aydınlıq gətirmək məqsədilə moderator.az-a danışıb.
Qeyd edək ki, AkademiGroup əsasən Türkiyədə təhsil xidmətləri sahəsində ixtisaslaşmış təcrübəli təhsil şirkətidir.
Qəbul qaydaları əvvəlki kimi davam edəcək...
Murad Ağalarov bildirib ki, AkademiGroup Türkiyədə təhsil sahəsində 12 illik təcrübəsi olan bir şirkətdir. Bu illər ərzində minlərlə tələbənin Türkiyədə təhsil almasına köməklik göstərmişdir:
“Buraya həm bakalavr, həm magistr, həm də doktorantura təhsil pillələri daxildir.
Şirkətin Türkiyənin bir çox universitetləri ilə yaxından əlaqəsi və əməkdaşlığı mövcuddur. Buraya həm dövlət, həm də özəl universitetlər daxildir. Bu əlaqələr hesabına xeyli sayda abituriyentin qardaş ölkədə ali təhsil almaq arzusunu reallaşdırmışıq.
Böyük şəhərlərdə olan universitetlərə qəbul müəyyən imtahanlar vasitəsilə həyata keçirilir. Bu imtahanlara DİM vasitəsilə keçirilənlər və ya həmin universitetlərin təşkil etdikləri YÖS imtahanları, yaxud da SAT imtahanları daxildir. Bundan əlavə beynəlxalq məktəblərdə İB üsulu ilə də tələbə qəbulu elan edilir.
Bəzi universitetlər isə sadəcə orta məktəbi bitirmək haqqında sənədlə - attestatla da qəbul həyata keçirir.
M. Ağalarov pandemiyanın ortaya çıxardığı çətinliklər şəraitində bu ilki qəbul və təhsil formalarına aydınlıq gətirib. Burada abituriyebtləri maraqlandıran bütün suallara cavab tapmaq mümkündür:
“Pandemiya dövründə hər kəsi bir sual düşündürür ki, xaricdə, o cümlədən Türkiyədə ali təhsil almaq imkanları necə olacaq.
Bir çox xarici universitetlər, o cümlədən Avropanın və Türkiyənin bir sıra ali təhsil ocaqları artıq müəyyən qərarlar qəbul ediblər. Bu qərar ondan ibarətdir ki, qəbul qaydaları yay dönəmində hər zaman olduğu kimi davam etdiriləcəkdir. Qəbul olunan tələbələr sərhədlər açıldıqdan sonra daxil olduqları universitetə gedib ənənəvi qaydada təhsillərinə davam edəcəklər. Əgər pandemiya üzündən sərhədlərin açılması bir qədər də yubanarsa, bir semestr və yaxud pandemiya bitənədək dərslər onlayn qaydada davam etdiriləcəkdir. Yəni bu il qəbul edilən tələbələr də digər tələbələr kimi sərhədlər bağlı qalarsa, onlayn tədrislə təhsil ala biləcəklər. Semestr sonunda imtahanlarını da onlayn qaydada verəcəklər. II semestrdə də vəziyyət dəyişməsə, eyni üsulla davam ediləcəkdir, bu, pandemiya dövrü bitənədək davam edəcəkdir.
Lakin onu da vurğulamaq lazımdır ki, Azərbaycanla Türkiyə arasında sərhədlərin uzun müddət qapalı qalacağı düşünülmür”.
Diqqət!! Aldanmayın!!
Təhsil mütəxəssisi valideynlərə və abituriyentlərə müraciətində şirkət seçimində diqqətli olmağı da tövsiyyə edir:
“Hal hazırda xaricdə təhsillə məşğul olan kifayət qədər şirkətlər mövcuddur. Valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, müraciət etdikləri şirkəti yaxşı araşdırsınlar. Onların keçmiş fəaliyyətlərini, iş təcrübələrini nəzərə alsınlar. AkedimiGroup 12 ildən artıq dövrdə göstərdiyi fəaliyyətdə şükürlər olsun ki, hansısa mənfi bir olayla qarşılaşmayıb. Ancaq bəzən sözügedən fəaliyyətlə məşğul olan, xüsusən yeni şirkətlər arasında mənfi hallara, aldatmalara rast gəlinir. Ona görə də valideynlərə bir daha məsləhətimiz odur ki, bu sahədə təcrübəsi olan, etimad qazanan şirkətlərə üstünlük versinlər”.
Pandemiya təkcə problemlər gətirməyib, həm də bəzi üstünlüklər qazandırıb...
“Bu qəbul sezonu pandemiya dövrünə təsadüf etdiyindən biz də şirkət olaraq valideynlərin və abituriyentlərin mövcud vəziyyətini nəzərə alaraq - burada həm də maddi sıxıntıları nəzərə alaraq bu il Türkiyədə ali təhsil almaq istəyənlərə göstərəcəyimiz xidmətlərin ödənişlərini xeyli aşağı salmışıq. Biz insanların çətinliklərini nəzərə alaraq bu addımı atmışıq. Builki xidmət haqları əvvəlki illərdən xeyli fərqli olacaqdır. Daha çox endirim kampaniyaları həyata keçiriləcəkdir.
Onu qeyd edək ki, biz şirkət olaraq Türkiyədə təhsil almaq istəyən bakalavrlar üçün YÖS kursları, magistr təhsili almaq istəyənlər üçün ALES və digər kurslar təşkil edirik. Bundan əlavə Türkiyə universitetləri üçün məcburi olan TÖMER imtahanlarına hazırlıq kursları da təşkil edirik. Bu, türk dilinin səviyyə imtahanıdır.
Hazırda biz bunu onlayn formada davam etdiririk. Lakin inşallah gələn ildən həmişəki qaydada davam etdirəcəyik. İndi bizə türk dili səviyyə imtahanları ilə bağlı çox müraciətlər olur.
Bundan başqa, onu da bildirək ki, hazırda Türkiyədəki özəl universitetlər təhsil haqqında xeyli endirimlər həyata keçirirlər. Bu fürsətdən də yararlanmağı tövsiyə edərdik.
Demək istədiyimiz odur ki, Türkiyədə təhsil almaq arzusunda olanlar pandemiyanın yaratdığı problemlərdən çəkinmədən öz arzularının dalınca getsinlər. İnşallah bu problem geridə qalacaqdır.
Pandemiyanın ortaya çıxardığı bəzi üstünlüklər də vardır. Bu, onlayn təhsilllə bağlıdır. Bu həm də maddi xərclərin azalması deməkdir. Yəni tələbə 1 və ya 2 semestr ən azı yol, yataqxana, yemək xərci ödəmədən evində oturaraq təhsilini davam etdirir. Bu üstünlüyü də nəzərə almaq lazımdır. Həm də bu zaman tələbə əyani təhsil formasında təhsilini davam etdirmiş hesab ediləcəkdir.
Məlumdur ki, hazırda Azərbaycanda distant təhsil tanınmır. Lakin pandemiya dövründə olan təhsil formaca distant olsa da əyani şəkildə hesab edildiyindən heç bir problem olmayacaqdır.
Onu da qeyd edim ki, Bizim şirkət 2013-cü ildən etibarən Türkiyənin Ərzrum şəhərində yerləşən Atatürk Universitetinə də qəbul məsələsində dəstək olur və Azərbaycanda onun distant təhsilini həyata keçiririk. Bu ilk dəfə olaraq bizim şirkət vasitəsilə təşkil edilib. Bizim bu universitetdən olan məzunlarımız hazırda ölkədə ən müxtəlif sahələrdə uğurla çalışırlar”.
AkademiGroup-la əlaqə vasitələri:
Bakı ş., S. Vurğun küç. N-34, AF Mall Biznes Mərkəzi, 2-ci mərtəbə;
Tel. + Votsapp: +994 55 249 81 56
+994 70 202 62 30
Taleh
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar