Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İmtahanlarda səhv cavablar doğru cavablara təsir göstərməyəcək - EKSPERT

Tarix: 01-06-2020 20:19     Baxış: 3345 A- / A+
İmtahanlarda səhv cavablar doğru cavablara təsir göstərməyəcək - EKSPERT

İyunun 6-dan ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları başlayır.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə açıqlama verib ki, bir ay ərzində təxminən 190 min insan imtahanlarda iştirak etməlidir: “Onların 94 min nəfəri 11 sinif məzunudur və buraxılış imtahanı verirlər. Eyni zamanda 96 min nəfər 9-cu sinif məzunu imtahan verməlidir. Bunların hamısı hər həftəsonu imtahanlarda iştirak edəcək. Çox mürəkkəb işdir. Prosesə hazırlıq çox mürəkkəb oldu. 1500-dən artıq məktəb binasına baxış keçirilib. Binaların hazırlığı ciddi məsələdir, sanitar epidemioloji işlər başa çatandan sonra həftə sonundan imtahanlar başlayacaq. Biz Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla virusun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün müvafiq tədbirlər görmüşük. İmtahan zamanı həm imtahan verənlər, onların valideynləri həmrylik göstərməli və qaydalara əməl etməlidir. Sosial məsafə saxlanmalı, hər kəs maskada gəlməlidir. Hər şəxs imtahana daxil olmazdan əvvəl hərarəti, sənədləri yoxlanacaq, üzərində lazım olmayan əşyalar gətirdikdə götürüləcək".

DİM sədri onu da bildirib ki, son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməyəcəklər .

Onun sözlərinə görə, ətraf insanların sağlamlığı da nəzərə alınmalıdır: “Təkcə onların istəyini nəzərə almamalıyıq, burada vətəndaş həmrəyliyi olmalıdır, ətrafda olanlar üçün təhlükə yaratmamalıdır. Əvvəllər də belə hallar olub ki, suçiçəyi, sarılıq, qızılca olan bu cür şəxslər imtahana gəlməyə cəhd ediblər, amma onları imtahana buraxmamışıq. Çünki ən əsası insanların sağlamlığıdır və onu qorumalıyıq”. Qeyd edək ki, imtahana gələnlər sağlamlıqları haqqında bəyannamə imzalayıb gətirməlidirlər.

Təhsil eksperti Kamran Əsədov lent.az -a bildirib ki, bu il buraxılış imtahanları mövcud şəraitlə əlaqədar yeni formatda keçiriləcək. Şagirdlərin gigyenik qaydalara əməl etməsinin mütləq olduğunu deyən ekspert digər imtahan iştirakçısı ilə arasında sosial məsafənin (2 metr) qorunmasının vacibliyini vurğulayıb: “Imtahan verəcək şagirdlərə tövsiyə edirəm ki, imtahan ləvazimatlarını (qələm, karandaş və s.) ortaq istifadə etməsinlər. Hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsinin məcburi olduğunu nəzərə alsaq, şagirdlər maska ilə gəlməlidir ki, sonra imtahana girişdə problem yaşanmasın.

İmtahana buraxılış vərəqəsini bir neçə gün əvvəl çap etsinlər, şəxsiyyət vəsiqələri ilə birlikdə görünən yerdə saxlasınlar ki, imtahan günü çətinlik olmasın”.

Ekspert bildirib ki, imtahanlarda səhv cavablar doğru cavablara təsir göstərməyəcək:

"Ona görə də bütün testlərin cavablarını işarələməkdən, yazmaqdan çəkinməsinlər. İmtahan binalarına mütləq buraxılış vərəqəsində qeyd olunan tarixdə getsinlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar