Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

İlahiyyat İnstitutunun rəhbər heyətinin iştirakı ilə iclas keçirilib

Tarix: 21-05-2020 15:06     Baxış: 3289 A- / A+
İlahiyyat İnstitutunun rəhbər heyətinin iştirakı ilə iclas keçirilib


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyətinin iştirakı ilə distant təhsillə bağlı növbəti iclas keçirilib.


Manevr.az xəbər verir ki, Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iştirakçıları salamladıqdan sonra, iclasın gündəliyində olan məsələlər haqqında məlumat verib. İnstitut rəhbəri respublikamızda koronavirus (COVİD 19) pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Aİİ-də də onlayn dərslər davam etdirilir.

A.Şirinov hazırkı durumda tədrisin vəziyyəti, semestr imtahanlarının keçirilmə qaydası, buraxılış işlərinin verilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə gündəmdə olan digər vacib məsələlərdən bəhs edib. Vurğulayıb ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platforması distant təhsil almaq, tədris prosesini tənzimləmək və ona nəzarət etmək üçün geniş imkanlar yaradır. O, İlahiyyat İnstitutunda təhsil alan bəzi tələbələrin məsafədən tədrisə qoşula bilmədiklərini təəssüf hissi ilə qeyd edib.

Aİİ rektoru koronavirus (COVID-19) infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, ölkə ərazisində bəzi yumşalma tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, hər kəsi Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə səsləyib.

İclasda iştirak edən Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Mübariz Camalov və İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov iclasın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüb, biletlərin və imtahan suallarının təşkili, sessiya zamanı tələbələrə güzəştlərin edilməsi ilə əlaqədar təkliflərini bildiriblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar