Xəbər lenti
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni nəşri – Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi çap olunub.
Manevr.az Akademiyanın rəsmi səhifəsinə istinadən xəbər verir ki, ensiklopediyanın nümunəvi (tirajı məhdud sayda) və satış (tirajı 10 min nüsxə) üçün nəzərdə tutulan yeni cildi Almaniyanın “Kösel GmbH&Co.Kg” şirkəti ilə imzalanan müqavilə əsasında bu ölkədə işıq üzü görüb.
“F” və ”G” hərfləri üzrə materialların bir hissəsini əhatə edən 9-cu cildin həcmi 75,0 şərti çap vərəqi (600 səhifə) təşkil edir. Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildləri kimi 9-cu cildi də yüksək bədii tərtibatla hazırlanıb, məqalələr, termin və məlumatlar yeri gəldikcə şəkil, xəritə və sxemlərin müşayiətilə verilib. Nəşrdə dünya sivilizasiyasının mühüm mərhələlərini, ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələri ilə yanaşı, texnikaya, ayrı-ayrı fəaliyyət sahələrinə dair terminlərin elmi izahı yer alıb.
Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri, mütəxəssislər iştirak ediblər.
Xatırladaq ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində milli ensiklopediyanın 10-cu cildi çapa hazırlanır, paralel olaraq növbəti cildlər üzərində iş gedir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar