Xəbər lenti
Repetitorlar dərsləri bu cür keçməlidir - Qaydalar təsdiqləndi

Pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib.
Manevr.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Qaydalarda deyilir:
• Onlayn tədris prosesinə üstünlük verilməlidir;
• Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir;
• Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir;
• Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);
• Dərs vəsaitləri ortaq istifadəedilməməlidir;
• Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;
• Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zamanı otaq havalandırılmalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar