Xəbər lenti
Dərslər başlasa, şagirdlər maskalardan istifadə edəcək? - Nazirdən AÇIQLAMA

“Məktəblər açılanda mütəxəssislərin sanitar qaydalarla bağlı tövsiyələri birmənalı şəkildə nəzərə alınacaq”.
Manevr.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bəzi təhsil müəssisələrində şagird sıxlığı var: "Təhsil müəssisələrində orta şagird sıxlığı 20 nəfərdir. Amma vəziyyət müxtəlifdir. Elə məktəb var ki, yüksək şagird sıxlığı var, ona görə də həmin məktəblərdə ehtiyac olarsa, xüsusi yanaşma ola bilər".
Nazir dərs açılan zaman şagirdlərin partalarda məsafəli oturması və maskalardan istifadə etməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu həmin dövrdə vəziyyətdən asılıdır: "Bəlkə həmin dövrdə məhdudiyyətə daha geniş formatda ehtiyac olmayacaq. Mütəxəssislərlə müzakirələrə uyğun qərar veriləcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar