Xəbər lenti
Elnur Məmmədovdan təhsillə bağlı MÜHÜM AÇIQLAMA
“Aprel ayının 17-si Nazirlər Kabineti orta ixtisas təhsili (kolleclər) üzrə ixtisasların yeni təsnifatını təsdiq etdi. Yenilənmiş ixtisaslar üzrə qəbul 2021/22-ci tədris ilindən başlayacaq. Qeyd edim ki, kollec ixtisaslarının əvvəlki təsnifatı 2010-cu ildə təsdiq edilib və həmin təsnifat üzrə artıq 10 ildir ki, kadr hazırlığı aparılırdı”.
Manevr.az xəbər veir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov sosial şəbəkədəki hesabında qeyd edib.
O bildirib ki, yeni təsnifatda olan 141 ixtisas müasir əmək bazarının tələbləri, işəgötürənlərin təklifləri və rəyləri, ölkəmizdə orta ixtisaslı müasir kadrlara olan ehtiyaclar və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib:
"Yeni təsnifatda bir sıra ixtisaslar birləşdirilib, bəzi yeni ixtisaslar əlavə olunub və uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Misal kimi, beynəlxalq təcrübə nəzərə alınaraq təhsil ixtisaslarına inklüziv təhsil ixtisası əlavə olunub, bəzi müəllimlik ixtisasları çıxarılıb (ali təhsil pilləsində hazırlıq aparılacaq), kənd təsərrüfatı ixtisaslarına aqroturizm, hidromeliorasiya və torpaq mühafizəsi, su bioehtiyatları və akvakultura əlavə olunub, texniki və texnololji ixtisaslar əhəmiyyətli şəkildə yenilənib (kompüter sistemləri, telekommunikasiya şəbəkələri və sair).
Yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq.
Bu proqramlar kollec səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına xidmət edəcək. Bundan əlavə, tam orta təhsil bazasından gələn məktəb məzunları kollecdə bütün ixtisaslar üzrə (tibb ixtisaslarından başqa) artıq iki il təhsil alacaqlar ki, bu da onların daha qısa müddətdə əmək bazarına çıxışını təmin edəcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar