Xəbər lenti
Ali məktəblərə qəbul imtahanları nə zaman keçiriləcək? - Video

Koronavirus pandemiyası ilə əlaqədər təhsil müəssisələrinin fəaliyyətinin bir müddətlik dayandırılması abituriyentlərdə xeyli suallar yaradıb.
Məsələn, onlar soruşur ki, bu il qəbul imtahanları nə zaman keçiriləcək?
Keçmədikləri dərsləri oxumağa vaxtları olacaqmı kimi suallar hər gün abituriyentləri düşündürür.
Manevr.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi imtahanlarla bağlı konkret planın necə və nədən ibarət olduğunu açıqlamayıb. Bu isə abituriyentlərdə narahatlıq yaradır.
"Xəzər Xəbər” Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadənin məsələyə münasibətini öyrənib.
Xanlar Xanlarzadə qeyd edib ki, karantinlə bağlı təxirə salınan imtahanlar ali təhsil müəssisələrinə sənəd qəbulu və gələcəkdə keçirilməli olan imtahanların tarixləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun müəyyən ediləcək. O, bu günlərdə evdə qalan abituriyentlərə bəzi tövsiyələr də verib.
Təhsil eksperti Kamran Əliyev isə hesab edir ki, əslində aidiyyatı qurumlar hazırki vəziyyətdən çıxmaqla bağlı indiyə qədər planlar hazırlamalı idilər. Aprel ayının 20-dən etibarən artıq abituriyentlərin ərizə qəbuluna başlanılmalı, qəbul imtahanları elektron qaydada keçirilməli idi.
Ekspert bildirir ki, koronavirusla mübarizə aparan ölkələr, o cümlədən qonşu Türkiyə dövləti də bu təcrübədən istifadə edir və imtahanları elektron qaydada həyata keçirəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar