Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Onlara dövlət məmuru statusu verilməli, xərclərdən azad edilməlidirlər”

Tarix: 13-04-2020 11:02     Baxış: 5762 A- / A+
“Onlara dövlət məmuru statusu verilməli, xərclərdən azad edilməlidirlər”


"Müəllimlər bütün kommunal və nəqliyyat xərclərindən azad edilməlidir".

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, 2014-2018-ci illərdə Təhsil Nazirliyinin diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır:

"2014-cü ildən bu günə kimi 142 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır. Bu o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alır və bu da onun yüksək əmək haqqı almasına imkan verir. Hazırda Bakı şəhərində 8965 nəfər müəllimin əmək haqqı 500-1000 manat, 476 nəfər müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 465 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. 2019-cu ildə edilən artımlardan sonra müəllimlərin əmək haqqı orta hesabla 77–99 manat artıb. İndi pedaqoji stajı 3 ilə qədər olan və bir stavka yükü (18 saat) dərs deyən müəllim aylıq 462 manat, pedaqoji stajı 18 ildən çox olan və və bir stavka dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 594 manat əmək haqqı alır. Amma düşünürəm ki, müəllimlərin sosial vəziyyəti ilə bağlı daha ciddi addımlar atmq lazımdır".

Kamran Əsədovun fikrincə, ilk olaraq onlara dövlət qulluqçusu statusu verilməlidir:


"Bundan sonra isə müəllimlər bütün kommunal və nəqliyyat xərclərindən azad edilməlidir. Müəllimlərin sosail mdafiəsinin gücləndirilməsi təhsilin inkişafına ciddi şəkildə müsbət təsir göstərər. Xüsusi təyinatlı dövlət orqanlarında olduğu kimi cəbhəyanı və sərhəd bölgəsində çalışan müəllimlərin əmək haqqı 2-3 dəfə digərlərindən çox olmalıdır. Bu gənc və daha çox savadlı müəllimlərin bölgələrə getməsinə imkan verər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar