Xəbər lenti
Məktəblərdə tətil 30 aprelə uzadılıb? – Rəsmi

Bütün bu məsələrlə bağlı qərarlar Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə verilir. Hazırda Nazirlər Kabinetinin qərarı belədir: aprelin 20-də ilk dərs günü olacaq.
Manevr.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
C.Valehov bildirib ki, Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun hərəkət edir:
“Məsələ ilə bağlı hər hansı bir yenilik olsa, bu barədə ilk növbədə Nazirlər Kabineti məlumat yayacaq. Çünki səlahiyyət NK-dadır”.
Qeyd edək ki, Nazirlər Kabinetinin bəzi dövlət qurumlarına aprelin 29-na qədər məzuniyyət verməsi səbəbindən məktəblərdə də dərslərin 30 apreldən tez başlamayacağı haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar