Xəbər lenti
Tətil günləri belə əvəz ediləcək? - CƏDVƏL

Nazirlik sosial şəbəkələrdə yayılan cədvələ aydınlıq gətirdi
Ötən gün ölkə ərazisində koronavirus təhlükəsi və profilaktik tədbirlər məqsədilə martın 27-dək buraxılan dərs günlərinin əvəz edilməsi ilə bağlı yeni informasiya yayılıb. Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan məlumatla bağlı açıqlama verib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov rəsmi “Facebook” səhifəsində məlumatların yalan olduğunu qeyd edib:
"Son saatlarda yayılan cədvəllər sadəcə, özfəaliyyət növü hesab oluna bilər və heç bir həqiqi əsası yoxdur, deməli, doğru deyil. Ən mötəbər məlumatı Təhsil Nazirliyinin resurslarından alın".
Xatırladaq ki, yayılan cədvəldə buraxılan dərs günlərinin aprel və may aylarında şənbə günləri ilə əvəz ediləcəyi, eləcə də ibtidai siniflər üçün mayın 1-də 5-dək nəzərdə tutulan yaz tətilinin ləğv ediləcəyi qeyd edilmişdi.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar