Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Magistr diplomları ilə bağlı - Qərar

Tarix: 10-03-2020 21:12     Baxış: 4306 A- / A+
Magistr diplomları ilə bağlı - Qərar

Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nda dəyişiklik edib.

Manevr.az xəbər verir ki, bu Qayda ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsini tənzimləyir.

Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq, ali təhsil müəssisəsində, AMEA-da saxlanılır. İndiyə qədər Qeydiyyat kitabına Dövlət Attestasiya Komissiyasının (ixtisaslaşmış Elmi Şuranın) qərarının nömrəsi və tarixi daxil edilib.

Dəyişikliyə əsasən, ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənir. Başqa sözlə, magistr diplomları ixtisaslaşmış Elmi Şuranın deyil, ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək.

Müvafiq olaraq, magistr diplomunda da ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənir.

Digər dəyişiklik də magistr diplomu ilə bağlıdır. İndiyə qədər bu diplom doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verib. Dəyişikliyə əsasən, magistr diplomu magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar