Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gənc alim beynəlxalq konfransda uğurlu elmi məruzəsi ilə diqqət şəkib -ŞƏKİL

Tarix: 05-03-2020 21:53     Baxış: 3899 A- / A+

Gənc alim beynəlxalq konfransda uğurlu elmi məruzəsi ilə diqqət şəkib

3-6 mart tarixlərində Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib.

Manevr.az xəbər verir ki, SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir AMEA-nın 75 illiyinə həsr olunub.

Beynəlxalq konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, həmçinin 15 ölkədən (Kanada, İspaniya, Türkiyə, Almaniya, Misir, Gürcüstan, Macarıstan, Filippin, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan) 300-dən çox gənc alim iştirak edib.
Gənc alim beynəlxalq konfransda uğurlu elmi məruzəsi ilə diqqət şəkib

Konfransın “Bugünkü sosial və humanitar problemlər” adlı bölməsində 30-dan çox elmi məqalənin müəllifi, Qərbi Kaspi Universitetinin “Siyasi və ictimai elmlər” fakültəsinin müəllimi və Bakı Dövlət Universitetinin doktorantı Tural Vəlizadə öz elmi məruzəsi ilə diqqət çəkib. Onun “The March Genocide of 1918 in Baku” (“Bakıda 1918-ci il Mart soyqırımı”) adlı elmi məruzəsi konfrans iştirakçıları tərəfindən xeyli maraqla dinlənilərək yüksək qiymətləndirilib.

Tural Vəlizadə öz çıxışından sonra bölmə rəhbərlərinin və iştirakçıların müxtəlif suallarını cavablandırıb. Gənc alim konfransın Elmi-təşkilat Komitəsi tərəfindən sertifikatla təltif olunub.

Manevr.az

Gənc alim beynəlxalq konfransda uğurlu elmi məruzəsi ilə diqqət şəkib
Gənc alim beynəlxalq konfransda uğurlu elmi məruzəsi ilə diqqət şəkib


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar