Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərov:“Bir çox elmi müdafiə şuraları ritual məclislərə çevrilib”

Tarix: 04-03-2020 13:30     Baxış: 4450 A- / A+
Şahlar Əsgərov:“Bir çox elmi müdafiə şuraları ritual məclislərə çevrilib”

“İnkişaf etmiş ölkələrdə kitabxanalar 24 saat pulsuz işləyir, amma AMEA illik abunə haqqını 150 manata qaldırıb”

İnsan ali dəyərdi, ancaq müvəqqəti dəyərdi, çünki doğulandı, öləndi. Müəllimlik ali peşədi, insanları biliksizlikdən biliyə aparır. Müəllimlərin iş yerləri olan məktəblər də dəyərdi, həm də maddi dəyərdi. Yaşada bilsən min illər yaşayar. Biz universitetimizin 100 yaşını qeyd etdik. Ancaq İtaliyanın Baloniya Universiteti 1088 – ci ildən fəaliyyət göstərir və dünyanın ən qədim universitetlərindən biridir.

UniRank reytinq sıralamasında bu universitet dünyanın 200 top uiversitetləri arasında 160-cı yeri tutur. “Bilmədiklərimizi bildiklərimiz vasitəsi ilə aşkar edirik” – fəlsəfi fikrini söyləyən Umberto Eko bu universitetin professorudur.
Bəzən həyat bizi çətin suallara cavab verməyə məcbur edir. Belə bir suala cavab axtaraq: yeri gələrsə müəllimi məktəbə, yoxsa məktəbi müəllimə qurban verəkmi?
Sağlam düşüncəyə görə müvəqqətini daimiyə, yəni müəllimi məktəbə, rektoru universitetə qurban vermək daha düzgündür.
İki il öncə 162 saylı məktəbdə baş verən məktəbli Elina Hacıyevanın faciəsində hamı direktoru (Sevinc Abbasova) müdafiə etdi. Heç kəs məktəbi müdafiə etmədi. Məktəb sanki sahibsiz qaldı. Çox təəssüf ki, belə sosial hadisələrdə çox vaxtı rüşvət vermək qabiliyyəti olan tərəf aprior müdafə olunur. Bu səbəbdən ölkə başçısı İlham Əliyev icra başçıları ilə keçirdiyi toplantıda “Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir, dedi”.
2020 – ci illər Parlament seçkilərində məntəqə üzvü olan müəllimləri ya tənqid, ya da müdafiə etdilər. Ancaq heç kəs məktəbi müdafiə etmədi, məktəb qüsurlu yerə çevrildi. Yaddan çıxardılar ki, Anton Çexovun düsturu 100% işləyir: “Bir milləti məhv etmək üçün onun müəllimini gözdən salmaq kifayətdir”.
Mətbuat xəbər verir ki, bir qrup dissertant Ali Attestasiya Komissiyasının AR Konstitusiyasına zidd qərar çıxarmasından şikayətçidir. Bu problem həll etmək üçün hesab edirəm ki, bu qurum da islahata getməlidir. Liberal dəyərləri tətbiq etmək lazımdır. Normal fəaliyyət göstərən müdafiə şuralarına kölgə salmadan demək olar ki, bir çox elmi müdafiə şuraları ritual məclislərə çevrilib. Bunu görmək və çarəsini qılmaq lazımdır.
İnkişaf etmiş ölkələrin bir çoxunda kitabxanalar sutkada 24 saat pulsuz işləyir. Amma AMEA – nın kitabxanasına illik abunə haqqı 150 manata qaldırılıb. İnkişaf etmiş qərb ölkələrində elmi qurumların qazancı milyardlarla ölçülür. Gənclərin öyrənməsinə çeşidli stimul verilir. Elm dövləti qüdrətli edir. Amma bizdə akademiyamız oxucudan pul umur. Özünü dolandıra bilməyən akademiyanın millətə nə xeyri?!
Yeri gəlmişkən qeyd edim ki, ölkəmizdə müsbət təcrübə də var. UNEC- də kitabxan sutkada 24 saat işləyir və gecə vaxtı pulsuz çay da verilir. Məncə bu təcrübə yayılmalıdır.
Bütün bu ziddiyyətli qərarların qəbulu kadr təyinatlarında buraxılan qüsurların nəticəsidir. Kadrların təyyinatında iki diametrial zddiyyətli yanaşma var. Lenin yanaşmasına görə, “hər aşbaz dövləti idarə edə bilər”. İkinci, Şəhriyar yanaşmasına görə, “işi iş bilənə tapşırırmaq lazımdır”. Lenin yanaşmasından imtina etməyin vaxtıdır. Bu zaman səhv qərarlar çox olur, dövlət zəifləyir. Buna görə dünya ikinci yanaşmadan istifadə edir. Üstəlik, idarəetmə ilə bağlı Sergey Kapitsa deyir: ”rəhbərlik etmək – yaxşı işləyən alimlərə maneçilik etməmək – deməkdir”.
Bu günlərdə tanımış marifçi, naşir Şahbaz Xudu oğlu yazır: ”kəndə gəlmişkən məktəbə baş çəkdim. Yalnız 3 şagird sinifdə vardı. Və bu 3 şagird dərsdən sonra məşğələlərə gedirlər. Məşğələləri də eyni müəllimlər aparırlar. Paradoksdur, elə deyilmi?” Ş.Xudu oğlu sonra yazır: “Təhsil şöbəsinə dəfələrlə demişik, amma nəticə yoxdur. Hər şey olmaya bilər, pul, imkan, əlaqə, bəs ruh necə, o da yoxmu? Bu uşaqların ümidsiz baxışları heç kəsin vicdanını oyatmırmı? Ruh və Vicdan qıtlığının səbəbi nə? Ölkəmizdə hamının yaxşı tanıdığı Bill Qeytsin məktəbli dostu Pol Allen də Microsoft şirkətinin təsisçilərindəndir. O da mlyarderdir. Pol Allen 2003 ildə məşhur alimlərə müracət edir: ” əgər maliyə dəstəyi olarsa, bu gün elm hansı problemi həll etməlidir”? Və beləliklə, beyində qenomlar necə yerləşir sualına cavab tapılır.
Əgər belə bir hadisə bizdə baş verərsə, bu gün ölkəmiz üçün həlli vacib olan birinci (və ya ikinci) elmi problem nədir? – sualına alimlərimizin cavabı nə olar?

Şahlar Əsgərov, professor,
əməkdar elm xadimi,
TN yanında İctimai Şuranın sədri

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar