Xəbər lenti
Bəzən 68-69 yaşlı müəllimə 1-ci sinfi vermək istəyirlər - Təhsil Nazirliyi
Ümumtəhsil müəssisələrində müəllimlər üçün çalışmanın yaş həddinin uzadılması məsələsində heç də həmişə qaydalara əməl edilmir.
Manevr.az trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, bəzən 68, 69 yaşlı ibtidai sinif müəlliminə dərs keçmək üçün yeni bir sinif vermək istəyirlər:
"Bəzən görürsən ki, müəllimin 68, ya 69 yaşı var, amma ona 1-ci sinfi vermək istəyirlər. Bu hal da ona gətirir ki, həmin müəllim ən azı 72-73 yaşına kimi işləməlidir. Azərbaycanın qanunvericliyinə əsasən isə çalışmanın son yaş həddi kimi isə 70 yaş müəyyən edilib. Belə məsələlərlə bağlı araşdırmalar aparılmalıdır".
M.Camalzadənin sözlərinə görə, ümumtəhsil müəssisələrində işləyən və çalışmanın maksimal yaş həddinə çatmış müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi hələ ki, mərkəzləşdirilməyib:
"Bu proses hələ ki, yerli təhsil idarəetmə orqanlarının və ərazi maliyyə hesablaşma mərkəzlərinin birgə razılığı əsasında həyata keçrilir. Növbəti mərhələlərdə bu prosesin necə dəyişəcəyi aparılan monitiorinq və təhlillərin nəticəsində bilinəcək. Təhsil Nazirliyi tərəfindən monitorinqlər aparılır, rüblük hesabatlar hazırlanır. Hesabatlara əsasən, müəyyən bölgələrdə qaydaların pozulması hallarına rast gəlinir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar