Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutu Binəqədi rayonunda abituriyentlərlə görüş təşkil edib -ŞƏKİLLƏR
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2020-2021-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün ənənəvi maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitut növbəti tədbirini Binəqədi rayonunda keçirib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev çıxışında milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər bir vətəndaşın, xüsusilə də gənclərin üzərinə düşən vəzifə olduğunu vurğulayıb. Ş.Gülverdiyev ölkədəki mövcud ictimai-siyasi sabitlik, onun dəyərləri və bu istiqamətdə görülmüş işlər barədə danışıb. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
Aİİ-nin rektoru Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin strateji kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində apardığı islahatlar haqqında danışıb. Qeyd edib ki, bu istiqamətdə atılan addımlar Azərbaycan xalqının xoş gələcəyinə xidmət göstərəcək səviyyədə uğurla davam etdirilir. Bu sahədə görülən genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarır.
C.Məmmədov tədbir iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında geniş məruzə edib. O, İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri barədə məlumat verib. Tələbə-müəllim münasibətlərindən bəhs edən rektor gənclərin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün ali təhsil müəssisəsində lazımi şərait yaradıldığını nəzərə çatdırıb.
Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tədris olunan fənlər, ixtisaslar haqqında məlumat verib. İnstituta qəbul olunacaq abituriyentlərin bütün dinlər haqqında dərin biliklərə sahib olacaqlarını bildirib. Qeyd edib ki, ali təhsil müəssisəsində dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin biliyə malik alimlər tərəfindən aparılır.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. Qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar