Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tibb Universitetinin yeni yaradılan ixtisaslarına qəbul planı açıqlandı

Tarix: 14-02-2020 16:15     Baxış: 4631 A- / A+
Tibb Universitetinin yeni yaradılan ixtisaslarına qəbul planı açıqlandı


"Azərbaycan Tibb Universitetinə (ATU) bu il imtahan verən tələbələr yeni yaradılmış ixtisasları da seçə biləcəklər. "Fizioterapiya və tibbi reabilitasiya” və "Tibb bacısı işi” ixtisaslarının hər biri üzrə 30 yer, "Səhiyyə menecmenti” və "Kliniki psixologiya” ixtisasları üzrə 15 yer planlaşdırılıb”.

Manevr.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) tədris şöbəsinin müdiri Samir Cavadov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə bakalavriat, eləcə də ali tibb təhsili səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilərək, yeni ixtisaslar əlavə edilib. Dəyişikliyə əsasən, bakalavriat pilləsi üzrə "Fizioterapiya və tibbi reabilitasiya” və "Tibb bacısı işi”, magistratura üzrə isə "Səhiyyə menecmenti” və "Kliniki psixologiya” ixtisasları əlavə edilib: "Son zamanlarda səhiyyə sahəsində də geniş islahatlar aparılır. Dünyada bu ixtisaslar mövcud olsa da, bizdə hələ ki, bunun əvəzləyicisi yox idi. Məsələn, "Fizioterapiya və tibbi reabilitasiya” mütəxəssisləri Azərbaycan Tibb Universitetindən, yaxud digər tibb müəssisələrindən məzun olan həkimlər idi. Lakin həkimlər həmin ixtisas üzrə mütəxəssisləri tam olaraq əvəz edə bilmirlər. Çünki həkimlər o sahə üzrə daha çox müalicə-planlama işi ilə məşğuldurlar və müalicəni tətbiq etmək tibb bacılarının, yaxud o sahə üzrə mütəxəssisləşmiş digər orta tibb işçilərinin üzərinə düşürdü. Eyni zamanda ölkə Prezidentinin "2019-2023-cü illərdə ali təhsil müəssisələrində rəqabətliliyin artırılması” ilə bağlı sərəncamına əsasən, dünyada mövcud olan ixtisaslara uyğunluğu təmin etmək üçün bu ixtisaslara zərurət yaranırdı. Buna görə ATU rəhbərliyi aparılan islahatlar çərçivəsində bu ixtisasların yaradılması qərarını verdi. Səhiyyə və Təhsil nazirliklərinə müraciət edərək bu ixtisasların yaradılması üçün icazə istədi. Artıq bu ixtisaslar təsdiqlənib”.

O, "Tibb bacısı işi”nin Azərbaycanda bakalavriat səviyyəsində yeni ixtisas olduğunu diqqətə çatdırıb: "Düzdür, orta tibb təhsili müəssisələrində bu ixtisas üzrə iki illik proqram vardı. Dünyada da tibb bacısı ixtisası iki illik təhsil şəklində fəaliyyətə başlamışdı, sonradan isə onların ali təhsil almaq zərurəti yarandı. Bakalavr təhsili zamanı "Tibb bacısı” ixtisasını öyrənənlər daha çox komanda şəkilində işləmək bacarığı qazanırlar. Həkimlər əsasən diaqnozun qoyulması, müalicənin planlaması və xəstələrin müalicələrinin gedişi ilə məşğuldurlar. Lakin müalicənin aparılması tibb bacılarına həvalə olunur. Dörd illik təhsildə daha çox onların baza təhsili ilə yanaşı, peşə bacarıqlarının artırılması yönündə bir çox fənlər tədris ediləcək. Eyni zamanda bu ixtisas üzrə məzunların ixtisaslaşması aparılacaq, hər bir sahə üzrə "neyrocərrahiyyədə tibb bacısı”, "cərrahiyyədə tibb bacısı”, "pediatriyada tibb bacısı” kimi ixtisaslaşmalar həyata keçiriləcək. Təəssüf ki, hələ bizdə bu ixtisaslaşmalar yoxdur. Tibb bacısı bakalavriat təhsili olduğuna görə, bu ixtisası bitirənlər sonradan magistratura təhsili də ala bilərlər, eyni zamanda doktorantura-dissertantura üzrə təhsillərini davam etdirərək elmi-tədqiqat işləri ilə də məşğul ola bilərlər ki, bu da Azərbaycan tibbində yeni bir çağın başlanğıcı olacaq”.

S.Cavadov qeyd edib ki, bir çox insanları orta ixtisas təhsili müəssisələrində tədris edilən iki illik "Tibb bacısı işi” ixtisasının taleyi də narahat edir: "Bu ixtisasların gələcək taleyi barədə danışmaq tezdir. İndiyə qədər məzun olanlar öz işlərini tibb bacısı ixtisası üzrə davam edəcəklər. Orta tibb təhsili müəssisələrinin məzunları arzuladıqları təqdirdə tibb bacısı ixtisası üzrə bakalavr təhsili ala biləcəklər. Texnikumdan məzun olan tələbələr "Subbakalavr təhsili olanların ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunması qaydaları” daxilində təhsillərini davam etdirə bilərlər. Tələbələr iki il aldığı təhsildən əlavə yenidən dörd il təhsil alacaq, lakin bu təhsil zamanı əvvəl öyrəndiyi bir çox fənlərlə uyğunluq varsa, həmin fənləri ali təhsil müəssisəsində öyrənməyə bilər. "2019-2023-cü illərdə ali təhsil müəssisələrində rəqabətliliyin artırılması” ilə bağlı sərəncama uyğun olaraq hazırkı proqramlar dünyada mövcud olan ali təhsil müəssisələrinin proqramlarına uyğunlaşdırılacaq. Bu sahədə işlər artıq yekunlaşmaq üzrədir. Eləcə də dərs vəsaitləri dünyada mövcud olan proqramlar üzrə hazırlanacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar