Xəbər lenti
III ixtisas qrupunda 5 ixtisas ləğv edildi, 3 yeni ixtisas yaradılıb
Azərbaycanda III ixtisas qrupunda 5 ixtisas ləğv edilib, iki ixtisasın adı dəyişib, 3 yeni ixtisas yaradılıb.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, III ixtisas qrupunda Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ləğv edilib. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. III ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Məktəbəqədər təhsil, İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra III ixtisas qrupuna aşağıdakı 24 ixtisas daxildir:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
3. İbtidai sinif müəllimliyi
4. Korreksiyaedici təlim
5. Məktəbəqədər təhsil
6. Tarix müəllimliyi
7. Təhsildə sosial-psixoloji xidmət
8. Xarici dil müəllimliyi (dillər üzrə)
9. Dinşünaslıq
10. Dövlət və ictimai münasibətlər
11. Fəlsəfə
12. Filologiya (dil və ədəbiyyat göstərilməklə)
13. Hüquqşünaslıq
14. İslamşünaslıq
15. Jurnalistika*
16. Kitabxanaçılıq və informasiya fəaliyyəti - 1
17. Politologiya
18. Tarix
19. Tərcümə (dillər üzrə)
20. Bədii yaradıcılıq və ekran dramaturgiyası
21. Muzey, arxiv işi və abidələrin qorunması -1
22. Sənətşünaslıq (sahələr üzrə)
23. Sosial iş
24. İctimai təhlükəsizlik və idarəetmə. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar