Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mönsüm Alışovun 3 cildlik “Təhsil və cəmiyyət” kitabı işıq üzü gördü

Tarix: 06-02-2020 12:15     Baxış: 3426 A- / A+
Mönsüm Alışovun 3 cildlik “Təhsil və cəmiyyət” kitabı işıq üzü gördü

“Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir.”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Tanınmış təhsil mütəxəssisi, “İdrak” liseyinin yaradıcısı və təsisçisi, Bakı Dövlət Universitetinin informatika kafedrasının professoru, pedaqoji elmlər doktoru Mönsüm Ədil oğlu Alışovun 3 cilddən ibarət “Təhsil və cəmiyyət” kitabı çoxsaylı oxucuların istifadəsinə verilib. Kitabın elmi redaktorları Pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Akif Abbasov və Pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov, rəyçilər Pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov və Pedaqogika üzrə elmlər doktoru, professor Pirəli Əliyevdir.

“Təhsil quruculuğu – hədəflər, nailiyyətlər, problemlər” adlanan I cild cəmiyyətin inkişafında, cəmiyyət üzvlərinin potensial inkişafının fopmalaşmasında təhsilin müstəsna əhəmiyyətindən, yüksək intellektə malik insan kapitalının davamlı inkişaf etdirilməsində təhsilin rolu və əhəmiyyəti yeni yanaşmalarla əsaslandırılır.

İkinci kitab “Təhsil və mədəni-intellektual inkişaf” adlanır. Müəllif dövlətin təhsil siyasətinə münasibətlər kontekstində öz fikir və düşüncələrini oxucularla bölüşür, təhsil sahəsində baş verən yeniliklərə, beynəlxalq inteqrasiyaya, müasir təlim metodları və texnologiyalara, yeni idarəetmə modelinin yaradılmasına əsaslandırılmış mövqe bildirir.

“Təhsil islahatının dinamikası” adlanan 3-cü cild dövrün tələbindən irəli gələn humanistləşmə, demokratikləşmə, şəffaflıq və aşkarlıq prinsiplərinin həyata keçirilməsi, təhsilin forma və məzmunca yeniləşməsi, təhsilin məzmununun cəmiyyətin maraqlarına və təhsil standartlarının tələblərinə uyğunluğundan bəhs edir və bu məqsədlə konkret nümunələr gətirilir.

“3 cildlik” nəfis şəkildə tərtib edilmiş müvafiq aidiyyati illüstrasiyalarla tamamlanmışdır. Tədqiqat xarakterli vəsaitdən müəllimlər, metodist-mentorlar, təhsil təşkilatçıları, habelə pedaqoji sahə ilə maraqlanan digər mütəxəssislər də yararlana bilər. Ümidvaram ki, Mönsüm Alışovun gərgin əməyi və çoxillik zəhməti hesabına ərsəyə gətirilən bu 3 cildlik təhsilimizin inkişafı və tərəqqisi yoluna bir daha yaxından nəzər salmağa imkan verəcək, geniş təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanacaq.

Onu da qeyd edək ki, bu pedaqogika sahəsi ilə məşğul olan tədqiqatçı alimin ilk vəsaiti deyil və tam əminliklə bildirmək olar ki, yeni kitab onun son yaradıcı işi də olmayacaq. Hal hazırda professor Mönsüm Alışov 100-ə yaxın elmi məqalənin, o cümlədən 2 monoqrafiyanın, 12 dərs vəsaiti, dərslik və metodik vəsaitlərin müəllifi və həmmüəllifidir.

Nadir İsrafilov, təhsil eksperti
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar