Xəbər lenti
Azərbaycanda 20 müəllimə sərt cəza verildi, 1 nəfər isə işdən çıxarıldı - RƏSMİ
2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub.
Manevr.az xəbər verir ki, Nazirlikdən publika.az-a verilən məlumata görə, Bakı şəhəri də daxil olmaqla, 5 şəhər və 31 rayon ümumi təhsil müəssisəsindən daxil olan müraciətlər şagirdlər arasında qısnama (bulinq) halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.
Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində təsdiqini tapmış hallar məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb, fəaliyyətində nöqsanlara yol vermiş 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edilib, 1 nəfər işdən azad edilib. 4 müraciətlə bağlı aidiyyəti orqanlarda araşdırma davam etdirilir.
Xatırladaq ki, ötən il Təhsil Nazirliyi tərəfindən şagirdlərə dəstək məqsədilə 146-2 “Qaynar xətt” xidməti istifadəyə verilib və “Mənimlə danış” sosial kampaniyasına başlanılıb. Bu kampaniya çərçivəsində tanınmış simalar qısnamaya məruz qalmış məktəblinin hekayəsini təqdim edirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar