Xəbər lenti
Qəbul və buraxılış imtahanlarında ballar BU QAYDA ilə hesablanacaq
I,II,III və IV ixtisas qrupları üzrə qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb.
Manevr.az xəbər verir ki, balların hesablanma qaydası ötən ilki kimi saxlanılıb və heç bir dəyişiklik edilməsi nəzərdə tutulmayıb.
Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar 0, 1 və ya 2 balla, digər açıq və qapalı tipli tapşırıqlar isə 0 və ya 1 balla qiymətləndirilirlər.
Balların hesablanması qaydası ilə bu linkdən tanış olmaq olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar