Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Tarix: 15-01-2020 20:50     Baxış: 4403 A- / A+
Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək


Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız, alman) fənləri üzrə imtahana daha da səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanları 2020-ci il yanvarın 18-i saat 10:00 və 15:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 17 yanvar saat 17:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün https://eservices.dim.gov.az/elimt/DocSinaq keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait (60 AZN) qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar