Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də imtahan sessiyası başladı - ŞƏKİLLƏR

Tarix: 07-01-2020 17:38     Baxış: 3420 A- / A+
Aİİ-də imtahan sessiyası başladı - ŞƏKİLLƏR


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) payız semestrinin qış imtahan sessiyasına start verilib. Aİİ rektoru Ceyhun Məmmədov auditoriyalarda imtahan gedişatını izləyib.

Manevr.az xəbər verir ki. yanvarın 31-dək davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq yazılı, zəruri hallarda isə şifahi formada keçirilir. Sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi prioritet seçilib. İmtahanlar keçirilərkən təhlükəsizlik tədbirlərinin görülməsi, cavabların müəyyənləşdirilmiş meyarlar əsasında qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Qeyd edək ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə Operativ Qərargah yaradılıb. Qərargaha daxil olan müraciətlərin, hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb, lazımi tədbir görülməsi nəzərdə tutulub.

İnstitutun foyesində müraciət və təkliflər qutuları yerləşdirilib. Tələbələrə yarana biləcək problemlərin aradan qaldırılması üçün yaxından köməklik göstərilməsi məqsədilə şərait yaradılıb.

Sessiya dövründə Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub.

Ali təhsil müəssisəsinin kitabxanasında tələbələrin imtahanlara hazırlığı üçün lazımi şərait yaradılıb. Onlar fasiləsiz internetlə təchiz olunmuş kompüterlərdən istifadə edə bilərlər.

Məlumat üçün bildiririk ki, İnstitutun 2019-2020-ci tədris ili qış imtahan sessiyası yazılı və şifahi olaraq, imtahanlar arasında müddət isə iki gün intervalla keçiriləcək.

Aİİ-də imtahan sessiyası başladı - ŞƏKİLLƏR
Aİİ-də imtahan sessiyası başladı - ŞƏKİLLƏR
Aİİ-də imtahan sessiyası başladı - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar