Xəbər lenti
Məktəb direktorunun kitab yandırması məsələsinə RƏSMİ MÜNASİBƏT
Ötən gün sosial şəbəkələrdə Şəki rayon Daşüz kənd tam orta məktəbinin şagirdlərinə paylanılan bədii kitabların direktor tərəfindən yandırılması barədə əsassız məlumatlar yayılıb.
Manevr.az-ın məlumatına görə, bununla bağlı Şəki şəhər Təhsil Şöbəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 26-da bir qrup şəxs məktəbin ərazisindən kənarda şagirdlərə kitablar təklif edib. Onlardan bəziləri kitabları qəbul edib, digərləri isə həmin kitabları almaqdan imtina edib.
Qeyd edək ki, bu kitablar arasında Kristin Hannahın türk dilində “Bin ömrüm olsa” adlı romanı, Viktor Hüqonun “Kozetta” əsəri, Kahraman Tazeoğlunun ”Bambaşqa” romanı və s. kitablar olub.
Dərsliklərin pulla satılması məsələsinə gəldikdə isə bildirilib ki, şagirdlər sentyabrın ilk on günlüyündə məktəb tərəfindən dərsliklərlə tam və pulsuz təmin olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Ümman Dəniz adlı gənc dostları ilə Şəkinin Daşüz kəndində uşaqlara bədii kitablar paylayıb. Lakin kəndin məktəb direktoru - Əmirseyidova Anjelika kitabları toplayıb və məktəbdə yandırıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar