Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

15 yaşlı azərbaycanlı Stanford Universitetinə qəbul olunub - ŞƏKİL

Tarix: 26-12-2019 17:40     Baxış: 4384 A- / A+
15 yaşlı azərbaycanlı Stanford Universitetinə qəbul olunub - ŞƏKİL

15 yaşlı azərbaycanlı ABŞ-ın Stanford Universitetinə qəbul olunub.
Manevr.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad ibadoğlu məlumat verib:

"Sizə akademik istedadı ilə fərqlənərək ABŞ-ın çoxsaylı nəşrlərində haqqında yazılar dərc olunan Kənan Həsənəliyevi təqdim etmək istərdim. Kənan fitri qabliyyət sahibidir, onu 5 yaşından tanıyıram. Hələ 2009-cu ildə Çapel Hilldə yerləşən Şimalı Karolina Universitetində çalışan zaman Kənanın atası Orxan Həsənəliyevlə tanış olmuşdum. Atası Orxan müəllim Şimali Karolinada Universitetdə dərs deyirdi. Elə o zamandan da atasından Kənanın nəticələri barədə soruşur və həmişə onun nailiyyətləri eşidəndə iftixar hissi keçirir, Kənanın Azərbaycanlı olması ilə qürur duyurdum.
Kənan hələ 6-cı sinifdə təhsilini 3 pillə qabaqlamışdır. O 6-cı sinifdə oxuyarkən AP Calculus və Calculus İİ fənnlərini mənimsəmiş və 8-ci sinifdə oxuyarkən ali riyazıyat fənnlərini öyrənmək üçün Şimali Karolina Universitetində magistr səviyyəli dərslər götürmüşdür. Bu günlərdə Kənan ABŞ-ın Kaliforniya ştatında yerləşən dünya şöhrətli Stanford Universitetinə qəbul alıb və təqaüd qazanıb. 15 yaşlı Kənan gələn ilin sonunda yaşadığı Cary şəhərində orta məktəbi bitirdikdən sonra ailəsi ilə birlikdə Kaliforniya ştatına köçəcək və riyaziyyat elminin dərinliklərini Stanford Universitetində öyrənəcək.
Gəlin, Kənanı təbrik edək və uğurlarının bol olmasını arzulayaq".

Manevr.az
15 yaşlı azərbaycanlı Stanford Universitetinə qəbul olunub - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar