Xəbər lenti
“Bizim universitetlər 1950-ci il üçün məzun hazırlayırlar”
Uzun müddətdir ki, ali təhsil müəssisələrinin əmək bazarı üçün hazırladığı kadrlar üzrə ixtisaslarını təhlil edirəm. Demək olar ki, bütün ixtisaslar və onların tədris proqramı dövrün tələblərinə cavab vermir.
Manevr.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, artıq dünya 4-cü sənaye inqilabına keçid edib, biz isə 2-cidə qalmışıq:
"Sizə tarixdən sənaye inqilablarının mahiyyətini xatırladım:
Birinci sənaye inqilabı suyu və buxarı istifadə edərək, istehsalı müəyyən qədər mexanikiləşdirdi. İkinci sənaye inqilabı zamanı bəşəriyyət elektriklə tanış oldu və kütləvi istehsala başladı. Nəhayət, ötən əsrin ortalarında 3-cü sənaye inqilabı (rəqəmsal inqilab) baş verdi və elektronika və texnologiya sayəsində insanlar istehsalı avtomatlaşdıra bildi. 4-cü sənaye inqilabı isə iş yerlərində ağıllı texnologiyaları tətbiq etməklə 3-cü inqilabın avtomatlaşdıra bilmədiyi bütün sahələr avtomatlaşdırıla bilər. Bu sənaye inqilabını fərqləndirən əsas cəhət onun sürəti, əhatə dairəsi və sistematik effektidir. 4-cü sənaye inqilabını daha yaxşı başa düşmək üçün bir neçə nümunə göstərmək olar. Yeni nəsil “İphone”da olan səslə hərəkətə keçən Siri əlavəsi 4-cü inqilabın parlaq nümunəsidir. Və yaxud, keçən il Bakıda olan robot Sofiya dünyanın əhəmiyyətli ölçüdə dəyişəcəyinin xəbərçisidir. İnsanlarıın suallarına cavab verə bilən bu robotlar üçün təkrarlanan işləri görmək və istehsal prosessində insanı əvəz etmək elə də çətin deyildir.
Bu gün ali təhsil müəssisələri 5 il sonra üçün kadr hazırlığı həyata keçirə bilmirsə, o sadəcə olaraq, resurs sərfiyatından, əlavə xərcdən başqa bir şey deyil. Xüsusi ilə texnologiya, mühəndislik ixtisasları üzrə kadr hazırlığı həyata keçirən universitetlərə diqqəti artırmaq lazımdır. Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində texnoloji yeniliklər tətbiq edilməsi labüddür. Qısası, bizim universitetlər azı 2020-ci il üçün yox, 1950-ci il üçün məzun hazırlayırlar".
Ekspert bildirir ki, Ali təhsil haqqında qanunun qəbul olunmaması da bu işə müəyyən qədər maneə törədir:
"4-cü inqilabın əsas ümidverici potensialı bəşəriyyət üçün həyatı daha da asanlaşdırması və yaşayış şəraitinin keyfiyyətinin yüksəlməsidir. Yeni ağıllı cihazların tətbiqi ilə insanlar təbiət hadisələri haqda daha öncədən xəbər tutmaqla itkilərin qarşısını müəyyən qədər ala bilər. Ən ümidverici potensial isə yeni kvant kompüterlərin tətbiqi ilə kompüter sistemlərini sürətləndirmək və daha əvvəl mümkün olmayan qədər informasiyanı bir yerdə toplamaqdır. Daha geniş həcmdə məlumat bazasına girişin olması, insanların təhsil və dünyagörüşünü artırmaqla, iqtisadiyyata yeni işçi qüvvəsi cəlb olunması ilə nəticələnəcək. Həmçinin, yeni inqilabla bərabər insanların orta yaş həddi artacaq və əvvəllər çarəsi tapılmayan xəstəliklərin həlli yeni texnologiyanın tətbiqi ilə mümkün olacaq. Ümumiyyətlə yeni texnologiyaların tətbiqi ilə bütün istiqamətlərdə görünməmiş rəqəmsal inkişaf olacaq ki, bu da istehsal və iqtisadiyyatda insan faktorunun rolunu azaldacaq.
Bizim heç bir universitetimizdə bu istiqamətdə işlər görülmür. Hələ də qayıb qayıb oyunu, bal toplama mərasimi keçirilir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar