Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qəbul imtahanında balınızı bu formada artıra bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tarix: 11-12-2019 12:27     Baxış: 4470 A- / A+
Qəbul imtahanında balınızı bu formada artıra bilərsiniz - RƏSMİ AÇIQLAMA


Məktəblərdə təhsil alan şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (yəni əsas xarici dil) fənnindən imtahan verirlər.

Maraqlıdır, ali təhsil müəssisələrinə qəbul olmaq üçün məktəbdə tədris olunan əsas xarici dildən başqa digər xarici dil fənnindən imtahan vermək mümkündürmü?

Manevr.az bildirir ki, bu barədə lent.az -ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır:

“Lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən də əlavə imtahan verə bilərlər.

Xarici dil fənnindən əlavə imtahan verən abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır”.

Məlumatda həmçinin qeyd edilib ki, əlavə bir xarici dil fənnindən imtahan vermək istəyən abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu zamanı elektron ərizələrində imtahan vermək istədikləri əlavə xarici dil fənnini seçirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar