Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş keçirilib -ŞƏKİLLƏR

Tarix: 09-12-2019 14:10     Baxış: 4475 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Vikipediya” könüllüləri ilə görüş keçirilib.

Aİİ rektoru Ceyhun Məmmədov “Vikipediya” könüllüləri ilə görüşdə bildirib ki, İnstitutda “Vikipediya” Metodik Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan həqiqətlərinin, tolerant və multikultural mühitin təbliği, ilahiyyat elmləri sahəsində müxtəlif məqalələrin yerləşdirilməsi baxımından əhəmiyyətlidir.

Manevr.az-ın məlumatına görə, C. Məmmədov müasir dünyada informasiya texnologiyalarından istifadənin gündən-günə artdığını qeyd edib. Bildirib ki, bu gün sərbəst elektron resursu sayılan “Vikipediya” dövrümüzdə ən populyar axtarış sistemləri sırasındadır: “Bu vasitə ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün fəal olmalıyıq. Görüləcək işlər isə çoxdur. Təəssüf ki, bu gün mənfur düşmən Azərbaycan reallıqlarının saxtalaşdırılması üçün bu silahdan çox məharətlə istifadə edir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği və bu cəhdlərin qarşısının alınması üçün hər birimiz gücümüzü səfərbər etməliyik. “Vikipediya” qeyd etdiyim fəaliyyət yönündə bizə yeni imkanlar yaradır”. O, eyni zamanda, tələbələrə fərdi bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələrdə fəal olmağı tövsiyə edib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayıb. Könüllülər “Vikipediya”nın Azərbaycan dili bölməsində dinşünaslıq, islamşünaslıq və digər sahələrə aid məqalələrin yazılması, sosial mediada yerləşdirilməsi və redaktə olunması ilə məşğul olurlar.

Məlumat üçün bildirək ki, İnstitut tələbələrin ictimai fəaliyyətdə fəal iştirakını təmin etmək, onların fərdi bacarıqlarının, intellektual səviyyələrinin, polemika qabiliyyətinin gücləndirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir.

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar