Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat yaşlı müəllimlərin işdən uzaqlaşdırılmasına qarşı çıxdı

Tarix: 04-12-2019 17:22     Baxış: 3776 A- / A+
Deputat yaşlı müəllimlərin işdən uzaqlaşdırılmasına qarşı çıxdı

“Təklif verərdim ki, yaşlı müəllimlər universitedə kafedra müdiri, prorektor, rektor kimi yox məsləhətçi ştatında fəaliyyət göstərsinlər. Beləcə bu üsulla öz təcrübələrini gənc nəsilə ötürə bilərlər”.

Manevr.az xəbər verir ki, bunu modern.a-a açıqlamasında deputat Kamilə Əliyeva bildirib. O, öz üzərində işləyən, zamanın tələbləri ilə ayaqlaşa bilən müəllimlərin işdən uzaqlaşdırılmasının da doğru olmadığını deyib:

“Ali məktəblədə bütün müəllimlər üçün məktəblərdəki kimi 65 yaş həddini qoysaq, bu doğru olmaz. Universitetlərin spesifikası ayrı olduğu üçün, yəni ixtisaslar çox və fərqlidir deyə, kadrlara tələbat da müxtəlifdir. Yəni elə ixtisaslar var ki, onları tədris edən müəllimlər çox azdır. Artıq 30 ildir ki, müəlliməyəm, öz təcrübəmdən irəli gələrək deyirəm ki, konkret yaş həddi qoymaq doğru deyil. Əgər müəllim hiss edirsə ki, artıq onun bilik və bacarıqları, fiziki gücü dərs tədris etməyə yetəcək qədər deyil, o zaman könüllü şəkildə işdən uzaqlaşmalıdır. Bilirsiniz, indi elm inkişaf edir, yeniliklər çoxdur. Artıq tələbələr 10, 20 il əvvəlki kimi deyil, tələbatları başqadır. Kompüter, internet əsridir, dil biliyinin olması lazımdır ki, xarici ölkələrdə elm sahəsində baş verən yenilikləri tələbələrə çatdırmaq mümkün olsun. Bu cəhətdən düşünürəm ki, sadalanan keyfiyyətlərin 70 yaşdan sonra formalaşması bir qədər çətin məsələdir. Bu baxımdan müəllim hiss etməlidir ki, artıq auditoriyda dərs deyə bilmir, getməlidir. 70 yaşında dil biliyi, enerjisi olan müəllim niyə görə işindən uzaqlaşdırılsın? Mütləq şəkildə həmin müəllimlərin təcrübəsindən istifadə edərək, peşəkar kadrlar yetişdirməli, bir məktəb formalaşdırılmalıdır. Prezidentin son dönəmlərdə həyata keçirdiyi islahatlar da onu göstərir ki, yaşlı nəsillər gənc kadralara yer verməldir. Lakin prezidentin də qeyd etdiyi kimi bu hamıya şamil edilməli deyil. Yəni, 70 yaşdan yuxarı bütün müəllimləri işdən uzaqlaşdırsaq, bu da öz növbəsində müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Bu məsələ individual xarakter daşımalıdır. Təklif verərdim ki, yaşlı müəllimlər universitetdə kafedra müdiri, rektor kimi yox, məsləhətçi ştatında fəaliyyət göstərsinlər. Beləcə bu üsulla öz təcrübələrini gənc nəsilə ötürə bilərlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar