Xəbər lenti
Azərbaycanda şagirdlərin bilik səviyyəsi AÇIQLANDI
Dünyanın müxtəlif ölkələrində oxuyan orta məktəb şagirdlərinin (15 yaşa kimi) bilik və bacarıq səviyyələrini ölçən ən nüfuzlü proqramlardan biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən PISA (The Programme for International Student Assessment ) layihəsidir.
Manevr.az xəbər verir ki, bu gün "PISA-2018" layihəsinin nəticələri açıqlanıb.
Məlumat üçün bildirək ki, bu proqram 3 ildən bir keçirilir və proqrama qatılan ölkələrdən 100 minlərlə şagird cəlb olunur.
Azərbaycan indiyə kimi bu proqramda 2 dəfə iştirak edib - 2006 və 2009-cu illərdə. 2006-cı ildə 64 ölkə arasında 54-cü, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yerə (sondan 2-ci) sahib olub.
2012, 2015-ci illərdə proqramda iştirakdan imtina edən Azərbaycan nəhayət 2018-ci ildə yenidən bu proqrama qoşulub.
Qeyd edək ki, ötən il "PISA-2018" imtahanlarında 79 ölkədən 600 minədək şagird iştirak edib. Belarus, Bruney Darüssəlam, Mərakeş, Filippin, Səudiyyə Ərəbistanı, Bosniya və Herseqovina və Ukrayna imtahanda ilk dəfə iştirak ediblər.
Azərbaycandan ancaq Bakı şəhərində yerləşən məktəblər imtahanda iştirak ediblər. Nəticədə Azərbaycanlı şagirdlər oxudan 389, riyaziyyatdan 420, elmdən 398 bal yığıblar. Oxudan topladığı bal nəticəsində Azərbaycan 79 ölkə arasında 70-ci, riyaziyyatdan topladığı bal nəticəsində Azərbaycan 79 ölkə arasında 58-ci, elmdən topladığı bal nəticəsində Azərbaycan 79 ölkə arasında 68-ci yerdə qərarlaşıb.
Müqayisə üçün qeyd edək ki, Gürcüstandan olan şagirdlər oxudan 380, riyaziyyatdan 398, elmdən 383 bal yığıblar. Türkiyə məktəbliləri isə oxudan 466, riyaziyyatdan 454, elmdən 468 bal toplayıblar.
Rusiya məktəbliləri isə daha yüksək nəticə göstəriblər: oxudan 479, riyaziyyatdan 488, elmdən 478 bal yığıblar.
Ən yaxşı nəticəni Çin, Sinqapur, Estoniya, Kanada, Finlandiya, İrlandiya və Cənubi Koreya məktəbliləri göstərib.
OECD-nin orta göstəricisi oxu üzrə 487, riyaziyyat və elm üzrə 489 bal olub. Bu isə o deməkdir ki, Azərbayacan şagirdlərinin nəticələri orta göstəricidən aşağıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar