Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi beynəlxalq konfransada çıxış edib -ŞƏKİLLƏR

Tarix: 20-11-2019 12:28     Baxış: 4539 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi beynəlxalq konfransada çıxış edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, AMEA Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlı Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Dağıstan Humanitar İnstitutu və Sankt-Peterburq Universiteti tərəfindən “XXI əsr problemləri kontekstində müsəlman ilahiyyatçılarının mənəvi irsi” mövzusunda təşkil edilən Beynəlxalq Elmi-Tədris Konfransında iştirak edib.

İslam tarixi və mədəniyyətini dərindən bilən mütəxəssislərin hazırlanması məqsədilə həyata keçirilən federal proqram çərçivəsində təşkil edilən konfransda müsəlman ilahiyyatçılarının zəngin mənəvi irsinin tədqiqi, təbliği və tərcüməsi məsələləri ilə yanaşı, qloballaşan dünyanın çağırışlarına cavab vermək məqsədilə həmin irsdən bəhrələnmək imkanları geniş müzakirə olunub. İki gün davam edən konfransda Moskva şəhərinin, Tatarıstan, Başqırdıstan, Udmurtiya və Şimali Qafqaz respublikalarının, Novosibirsk, Voloqda, Volqoqrad vilayətlərinin müxtəlif elm-təhsil müəssisələrini, həmçinin Azərbaycan, Misir, İordaniya və Yəmən kimi xarici ölkələri təmsil edən nüfuzlu alim və mütəxəssislər iştirak ediblər.

Eyni vaxtda müxtəlif salonlarda davam edən üç bölmədə 65 məruzə dinlənilib və maraqlı müzakirələr aparılıb. Konfransın “Mənəvi irs və KİV: tarix və müasirlik” başlıqlı bölməsində iştirak edən dosent Məmmədəli Babaşlı “Müasir Azərbaycan ailəsinin mənəvi-əxlaqi inkişafında KİV-in rolu” mövzusunda məruzə ilə çıxış edib.

Dosent M.Babaşlı çıxışında Azərbaycan xalqının tarixən ailəyə və nikaha verdiyi önəm, böyüklərə hörmət, kiçiklərə sevgi prinsipi üzərində qurulmuş, baba-nənə, valideyn və uşaqları əhatə edən üç nəslin nümayəndələrinin birlikdə yaşama təcrübəsindən bəhs edib. Həmçinin Azərbaycan Dövlətinin ailə, qadın və uşaq məsələlərinə verdiyi önəm, aidiyyəti qurumların gördüyü işlər haqqında iştirakçılara məlumat verib. Kütləvi informasiya vasitələrinin insanlığın sonuncu qalası olan ailə dəyərlərinin qorunması sahəsində mövcud vəziyyət və görülməsi vacib olan işlər barədə fikirlərini bölüşüb.
Konfransın ikinci günü millətlər və dinlərarası münasibətlər sahəsində ekspertlərin təqdimatları və konfrans iştirakçılarının maraqlı müzakirələri ilə yadda qalan tədbir “İslam mədəniyyətinin incisi Dərbənd” mövzusunda keçirilmiş “dəyirmi masa” ilə başa çatıb

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi beynəlxalq konfransada çıxış edib
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi beynəlxalq konfransada çıxış edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar