Xəbər lenti
Məktəblərə summativlərlə bağlı tapşırıqlar verildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi cari tədris ili üçün qarşıya qoyulan prioritet istiqamətləri açıqlayıb.
Manevr.az-ın məlumatına görə, “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib ki, 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.
Həmçinin fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə yer veriləcək. O cümlədən məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də diqqət mərkəzində saxlanılacaq.
Əmrə uyğun olaraq, ibtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının səviyyəsinin öyrənilib müzakirə edilməsi, ümumi təhsil məktəblərində xarici dillərin tədrisi ilə bağlı mövcud vəziyyətin araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, şagirdlərin İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin hazırkı durumunun təhlil edilməsi, şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin həyata keçirilməsi əsas hədəflərdəndir.
R.Tağıyev onu da əlavə edib ki, cari tədris ilində kiçik və böyük summativləri uyğun hesab edilən məktəblərin nümunələri digər məktəblərə göndərilərək təcrübə mübadiləsi təşkil ediləcək. Bu da öz növbəsində inkişafa ehtiyacı olan məktəblər üçün faydalı olacaq.
Onun sözlərinə görə, artıq müəyyən məktəblərin Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (KSQ) materialları toplanıb, təhlil olunub. Məktəblərə qiymətləndirmə materiallarında proqrama uyğun olaraq bütün standartları əhatə edən sualların daxil edilməsi tapşırılıb.
İdarə müdiri qeyd edib ki, 2018-2019-cu dərs ilində İdarənin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinif fəaliyyət göstərib. 2019-2020-ci dərs ilində isə 184 məktəbdə 404 təmayül sinif açılıb: "Aparılan ilkin təhlillər deməyə əsas verir ki, təmayül sinifləri bitirən məzunlar daha yüksək nəticələr göstərir. Belə ki, 2018-2019-cu tədris ilində humanitar fənlər təmayüllü siniflərin tədris dili və xarici dil üzrə orta bal göstəriciləri, həm BŞTİ üzrə ümumi, həm də təmayül olmayan siniflər üzrə orta bal göstəricilərindən kifayət qədər yüksəkdir".trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar