Xəbər lenti
Tələbə olmaq istəyənlərə şad xəbər - Gələn ildən təhsil haqqları aşağı enəcək
Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində fizika, biologiya, kimya, kimya və biologiya müəllimliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 29 faizə qədər artırılıb.
Bəs bunun təhsil haqqlarına təsiri olacaqmı?
Bununla bağlı yenisabah-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, təhsil haqqlarının aşağı düşməsi gözləniləndir:
“Burada dövlət tərəfindən bir şəxsin oxuması üçün çəkilən xərclərdən söhbət gedir. Məsələ ondan ibarətdir ki, bir şəxsin oxuması üçün çəkilən vəsait, ümumilikdə onun təhsil haqqını müəyyən etmir, universitetlərin də öz xərcləri var. Onlar həmin xərcləri təhsil haqqlarının üzərinə əlavə edirlər. Elə ixtisaslar var ki, 5-8 min manata başa gəlir. Xüsusən də rəsm, heykəltaraşlıq kimi ixtisaslar ən bahalı olanlardır. Ona görə də təhsil xərclərinin artırılması olduqca müsbət addımdır. Biz növbəti ildən ödənişli əsaslarla oxuyanlar üçün təhsil haqqlarının enməsini müşahidə edə bilərik. Çünki artıq Nazirlər Kabineti tərəfindən bir şəxsin təhsil alması üçün xərclər ortaya qoyuldu. Normalda “Abituriyent 4” jurnalında 4000 azn, 3000 azn, 3500 azn, 2500 azn olan ixtisasların maliyyələşməsi üçün çəkilən xərclər 1600-1800 manatdır. Deməli, buradan kifayət qədər böyük gəlir götürülür. Ona görə də deyə bilərəm ki, gələn il bir çox ixtisaslarda təhsil haqqlarının aşağı düşməsi gözləniləndir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar