Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu universitetin 16 tələbəsi təhsil haqqından azad edildi

Tarix: 29-09-2019 19:14     Baxış: 4395 A- / A+
Bu universitetin 16 tələbəsi təhsil haqqından azad edildi

Naxçıvan Dövlət Universitetinə ödənişli əsaslarla qəbul olunan tələbələrin bir qrupu təhsil xərclərindən azad edilib. Bu məqsədlə universitetdə tədbir keçirilib.

Manevr.az-ın məlumatına görə, təhsil haqqından azad edilən tələbələrin də iştirak etdiyi tədbirdə ali təhsil ocağının rektoru Saleh Məhərrəmov bildirilib ki, Naxçıvan Dövlət Universitetinə müvafiq ixtisaslara qəbul olunan tələbələrdən 16 nəfəri ödənişli əsaslarla qəbul olsalar da, artıq dövlət sifarişi əsasında təhsil alacaqlar.

2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilən müsabiqədən sonra xeyli sayda dövlət sifarişi yerlər boş qalıb. Ona görə həmin yerlərə əlavə müsabiqə keçirilib və nəticəsində bu mümkün olub. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi siyahı əsasında universitetin Tibbi profilaktika ixtisasının 9, Elektroenergetika mühəndisliyinin 4, Dəmiryol nəqliyyatı, İnformasiya texnologiyaları, İqtisadiyyat ixtisaslarının hərəsindən 1 nəfər olmaqla ümumilikdə 16 tələbəyə aid edilib.

Diqqətə çatdırılıb ki, dövlət sifarişi əsasında 600-dən az bal toplayaraq qəbul olunan tələbələrə bu tədris ilinin birinci semestri üçün adi, 600 və 600-dən yuxarı bal toplayaraq qəbul olunan tələbələrə isə əlaçı təqaüdü verilməsi nəzərdə tutulub. Vurğulanıb ki, bu ilin oktyabr ayının sonuna qədər ödədikləri təhsil haqlarının geri qaytarılması isə universitet tərəfindən təmin ediləcək.qaynarinfo


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar