Xəbər lenti
DİM-dən dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün sentyabrın 29-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən bildirilib ki, imtahana qeydiyyat sentyabrın 27-si saat 16:00-da başa çatıb. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında kompüter vasitəsilə aparılacaq. Test imtahanında iştirak etmək üçün 82 nəfər (AA -3, AB - 17, AC - 62) qeydiyyatdan keçib.
Bundan başqa, DİM tərəfindən oktyabrın 27-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək. Bu imtahan da kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 17-si saat 18:00-də başa çatacaq. Bu imtahanda iştirak etmək üçün 32 nəfər (BA - 7, BB -25) qeydiyyatdan keçib.
Xatırladaq ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar