Xəbər lenti
370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq
“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimləri keçiriləcək.
Manevr.az xəbər verir ki, dil təkmilləşdirmə təlimlərinin keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmiləşdirilməsi, onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.
“British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən, Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində təşkil olunacaq.
Həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulan təlimlərdə 370 İngilis dili müəllimi iştirak edəcək.
Dil təkmilləşdirmə təlimlərini uğurla başa vuran müəllimlər layihənin növbəti mərhələsi olan Metodologiya təlimlərinə cəlb olunacaqlar. Təlimlərdən keçən müəllimlərə sertifikat təqdim ediləcək.
Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar