Xəbər lenti
Dünyanın ƏN YAXŞI UNİVERSİTETLƏRİNİN adları açıqlandı - Siyahıda Azərbaycan var?
Böyük Britaniyanın ali təhsillə bağlı nəşr olunan “Times Higher Education” dərgisi “Dünyanın Ən Yaxşı Universitetləri 2020” siyahısını açıqlayıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycandan heç bir universitet yer almayıb.
Ümumilikdə, reytinqdə 92 ölkə təmsil olunur və bunlardan 27-nin ən yaxşı 200-lükdə ən azı bir universiteti var. Həm ümumi sıralamada, həm də ən yüksək mövqelər baxımından, ABŞ və İngiltərə üstünlük təşkil edir. Reytinqdə ən yaxşı təmsil olunan ölkələr sırasına Yaponiya və Çin də daxil olub. İlk 200-lükdə olan universitetlər baxımından isə Almaniya və Hollandiya kimi ölkələrdən geri qalırlar.
Reytinq cədvəli qurularkən universitetlər 5 kateqoriyada 13 fəaliyyət göstəricisi üzrə bölünüb: tədqiqat, tədris, tədqiqatın keyfiyyəti, maliyyə gəlirləri və beynəlxalq baxış.
Məlumat üçün qeyd edək ki, Türkiyənin 13 universiteti siyahıya daxil olub: Sabancı, Çankaya (ilk 500-də), İstanbul, Bilkent, Boğaziçi, Hacettepe, İstanbul Texniki, Koç, Yaxın Şərq Texniki, Karabük, Atılım Universiteti.
Rusiyadan isə sadəcə Lomonosov adına Moskva Dövlət Universiteti siyahıya düşə bilib: 189-cu pillə.
Siyahının ilk onluğunu təqdim edirik:
1 – Oksford Universiteti – İngiltərə
2 – Kaliforniya Universiteti – ABŞ
3 – Kmebric Universiteti – İngiltərə
4 – Stanford Universiteti – ABŞ
5 – Massaçusets Texnologiya Universiteti (MİT) – ABŞ
6- Prinston Universiteti – ABŞ
7 – Harvard Universiteti – ABŞ
8 – Yale Universiteti – ABŞ
9 – Çikaqo Universiteti – ABŞ
10 – İmperial Kollec London – İngiltərə
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar