Xəbər lenti
Peşə nəktəblərinə sənəd qəbulunun bu tarixə kimi davam edəcək

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadənin verdiyi məlumata görə, dərzi, aşpaz, kompüter operatoru, elektrik qaz qaynaqçısı, xalçaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, mehmanxana inzibatçısı ən çox müraciət edilən ixtisaslar arasında yer alır.
Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.
Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılır.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































