Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

DİM 600 və daha yüksək bal toplayan gənclərə müraciət etdi

Tarix: 27-08-2019 18:15     Baxış: 3221 A- / A+
DİM 600 və daha yüksək bal toplayan gənclərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) 600 və daha yüksək bal toplayan gənclərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Dövlət İmtahan Mərkəzi bu il də ənənənin davam etdiriləcəyini bildirib:

"İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr ediləcək.

Buna görə də yüksək bal toplayan gənclər 2019-cu il avqustun 27-dən etibarən Şəxsi kabinetinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğusunu doldurmalıdırlar. Anket-sorğusu yalnız bir dəfə və bütün bəndləri doldurulmalıdır. Nəzərinizə çatdırırıq ki, saytda yalız anket-sorğusunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar