Xəbər lenti
Rektorlar bununla ciddi məşğul olmalıdır - Ekspert
Bu il universitetlərdə, xüsusilə I, II və IV ixtisas qrupları üzrə dövlət universitetlərində ciddi sayda plan yeri boş qalacaq.
Manevr.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır:
“I ixtisas qrupu üzrə 2459, II ixtisas qrupunda 2542, III ixtisas qrupunda 142, IV ixtisas qrupu üzrə 354, V ixtisas qrupunda isə 288 boş plan yeri qalıb. Amma 5074 boş plan yerinə I qrupdan 74, II qrupdan 1057 , III qrupdan 20, IV qrupdan 16, V qrupdan isə cəmi 16 abituriyent ərizə təqdim edib.
Eyni zamanda orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) 11 illik bazadan qəbul həyata keçirilir.
Bu il orta ixtisas təhsili müəssisələrinə 12362 plan yeri (2018-ci ildə 11981 plan yeri idi) ayrılıb. Bu qədər plan yerlərinə qəbul olmaq üçün 13649 nəfər elektron ərizəsini təstiq edib.
Eyni zamanda həm universitetlərdə, həm də kolleclərdə rus bölməsi üzrə böyük sayda, hətta ən prestijli ixtisaslar üzrə də plan yerləri boş qalacaq. Yaxşı olar ki, plan yerləri ərizə qəbulu başa çatdıqdan sonra müəyyən edilsin”.
Ekspertin sözlərinə görə, dövlət universitetlərinin rəhbərləri bu ali təhsil müəssisələrindəki plan yerlərinin boş qalması məsələsi ilə ciddi məşğul olmalıdır:
“Əgər həqiqətən də bu universitetləri abituriyentlər seçmirsə, deməli, ehtiyac yoxdur və bağlamaq lazımdır. Ya da plan yerlərini kəskin şəkildə azaldaraq, abituriyentlərin daha çox müraciət etdiyi universitetlərin plan yerini artırmaq lazımdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar