Xəbər lenti
Köçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə oldu

Azərbaycanda bir orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul olub.
Sumqayıtda yerləşən Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas məktəb-liseyini bu il bitirən 34 məzunun hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıb.
Manevr.az xəbər verir ki, rayon üzrə ən yüksək balı da bu məktəbin məzunu toplayıb. Belə ki, İldırımova Aydan Vüqar qızı 671 bal toplayaraq Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinə qəbul olub.
Ali məktəbə qəbul olan məzunlardan 2 nəfəri 600 baldan yuxarı, 6 nəfəri 500 baldan yuxarı və 26 nəfəri isə 300-500 bal arası nəticə göstərib.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin 2018-ci il tədris ili üçün açıqladığı hesabata əsasən, rayonun 11-ci sinif şagirdləri buraxılış imtahanlarında göstərdikləri yüksək nəticələrə görə ölkə üzrə I yeri tutublar. 9-cu siniflərin buraxılış imtahanlarında isə rayonun şagirdləri 3-cü yeri qazanıblar.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar