Xəbər lenti
Təhsil Nazirliyi ödənişli universitetlərə qəbul olan tələbələrlə bağlı tapşırıq verdi
Təhsil Nazirliyi ödənişli əsaslarla təhsil almaq hüququ qazanan tələbələrlə bağlı universitet rəhbərlərinə tapşırıq verib.
Manevr.az xəbər verir ki, Nazirlikdən report-a verilən məlumata görə, Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratmaları üçün tapşırıq verilib.
Məlumat üçün bildirək ki, ali təhsil müəssisələrinin builki müsabiqəsində 58 258 nəfər iştirak edib. Onlardan 42 062 nəfəri (o cümlədən 3 542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17 820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24 242 (o cümlədən 2 956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar