Xəbər lenti
Ali məktəblərin boş qalan yerlərinə ekspertdən - Maraqlı təklif
Təklif edirəm ki, II turda boş qalan plan yerlərinin I, II və IV ixtisas qrupu üzrə çox olduğunu nəzərə alaraq, bu ixtisas qrupu üzrə seçim edən bütün subbakalavrlara ixtisas məhdudiyyəti tətbiq etmədən istənilən ixtisası seçmək imkanı verilsin.
Manevr.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O təklif edib ki ki, maliyyə üzrə I turda seçim edən bütün subbakalavrlara mühasibatlığı, iqtisadiyyatı və II qrup üzrə bütün ixtisasları seçmək imkanı yaradılsın:
"Eyni zamanda, I və IV ixtisas qrupu üzrə elektron ərizə qəbulunda iştirak etmiş və qəbul olmamış bütün subbakalavrlara öz ixtisas qrupları daxilində istənilən universitetin ixtisasını seçə bilmək imkanı verilsin. Çünki bu ixtisaslar üzrə boş qalan plan yerləri çoxdur.
Həmçinin, III ixtisas qrupu üzrə ali məktəbə qəbul olmayan abituriyentlərə II ixtisas qrupu üzrə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarını seçmək imkanı verilsin.
Ümid edirəm ki, abituriyent jurnalının 8-ci sayı nəşr olunanda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi, Nazirlər Kabineti bunu nəzərə alacaq. Vaxt az qalıb, operativ qərar qəbul etmək lazımdır. Universitetlərin maliyyə imkanın yaxşılaşması üçün onların plan yeri 100 faiz dolmalıdır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar