Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni tələbə olanların NƏZƏRİNƏ – Qeydiyyat üçün bu sənədlər lazım olacaq – SİYAHI

Tarix: 09-08-2019 11:26     Baxış: 31 378 A- / A+
Yeni tələbə olanların NƏZƏRİNƏ – Qeydiyyat üçün bu sənədlər lazım olacaq – SİYAHI


Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Tələbə adını qazananlar üçün əsas məsələ nəticələr bilindikdən sonra universitetə qeydiyyatın nə zaman aparılması və hansı sənədlərin lazım olması ilə bağlıdır.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib.

Bundan sonrakı görüləcək işlərin təqvimini ekspert mərhələlərə bölüb.

– Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 15 – 27 avqust

– Boş qalan yerlərə ixtisas seçimi 15 – 19 avqust

– Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23 avqust – 2 sentyabr


Qeydiyyat üçün lazım olan sənədlər:

1. Orta təhsil haqqında sənəd (attestat), subbakalavrlar (kollec) diplomu;
2. 4 foto (ölçü 3x4sm);
3. Tibbi arayış (sağlamlıq haqqında);
4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün);
5. Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti;
6. Tələbənin FİN kodu və parolu (iş nömrəsi);
7. Ağ qovluq (Sənədlər üçün).
8. Məcburi köçkün vəsiqəsi.

Qeyd 1: 18 yaşa çatmamış tələbələrlə müqavilə bağlanması üçün valideynlərindən birinin qeydiyyatda iştirakı mütləqdir.

Qeyd 2: Qanunda nəzərdə tutulan ödənişdən azad olunanlar ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər.

Qeyd 3: Bəzi ali təhsil müəssisələri əlavə sənəd tələb edə bilərlər. Bu barədə məlumatı həmin ali təhsil müəssisələrindən (facebook səhifələrindən həmçinin) əldə edə bilərsiniz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar