Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ali məktəblərə qəbulun nəticələri hansı saatda açıqlanacaq? - HƏYƏCAN

Tarix: 08-08-2019 19:54     Baxış: 4456 A- / A+
Ali məktəblərə qəbulun nəticələri hansı saatda açıqlanacaq? - HƏYƏCAN

İxtisas seçiminin nəticələrinin nə zaman elan olunması məlum deyil.

Manevr.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən azedu.az-a bildirilib ki, ixtisas seçiminin cavablarının hansı gün və saatda elan olunacağı hələ dəqiqliklə bilinmir:

“İxtisas seçimi nəticələrinin elanının dəqiq vaxtını bilmirik. Ola bilsin ki, cavablar bu gün çıxmasın və sabah elan olunsun. Əgər biz bunu həqiqətən də bilsək, rəsmi şəkildə elan edər və saytımıza yerləşdirərik.
Bu texniki məsələdi və nəticələr kompüter tərəfindən müəyyənləşir. Bu 5-10 saat da çəkə bilər.

Adətən ixtisas seçimi bitdikdən 2-3 gün sonra nəticələrin elan olunacağını söyləyirik. Bunun səbəbi isə dəqiq vaxtı müəyyənləşdirə bilməməyimizdir.

2017-ci ildə cavablar gecə saat 2-də elan olunmuşdu. Biz həmin il gecə yarısına kimi cavabın çıxmasını gözlədik. Hər hansı bir saat desək və o zaman cavablar çıxmasa, sonra məsuliyyət bizim üzərimizdə olacaq.

Hazırda abituriyentlər və valideynlər narahatdılar. Bu səbəbdən, dəqiq bir söz deyə bilmərik”.

Qeyd edək ki, abituriyentlər nəticələri iş nömrələrini istənilən mobil operatordan 7727-yə göndərməklə öyrənə bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar