Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi təhsil müəssisələrinə qəbul balları artırılır

Tarix: 27-07-2019 13:44     Baxış: 3251 A- / A+
Hərbi təhsil müəssisələrinə qəbul balları artırılır


"Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı" və "MAHHXHQ-ın hazırlığı", həmçinin zabit ixtisası üzrə təkmilləşdirmə kursları, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi və Hərbi Tibb Məktəbi də yüksək səviyyədə fəaliyyət göstərirlər. Hərbi təhsildə əldə olunan uğurlardan biri də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul ballarının artırılmasıdır".

Müdafiə Nazirliyindən verilən məlumat görə, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul ballarının artırılması gələcəkdə daha savadlı, daha peşəkar kadr hazırlığına və Azərbaycan Ordusunun imicinin artmasına da öz töhfəsini verəcək.

Qeyd olunub ki, döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir: "Dövlətimizin müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti var".

Nazirlikdən bildirilib ki, hərbi qulluqçuların sosial problemlərinin həllində ən mühüm addımlardan biri hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin gücləndirilməsinə göstərilən qayğıdır: "Ölkəmizdə ordu quruculuğu istiqamətində uğurla aparılan islahatların, xidmət, sosial-məişət şəraitinin və hərbi qulluqçuların maddi vəziyyətinin yaxşılaşdırılmasının, döyüş hazırlığının müasir tələblərə cavab verə bilən səviyyəyə çatdırılmasının nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bundan əlavə, hərbi qulluqçulara məzuniyyət əvəzinə, pul kompensasiyasının ödənilməsi, müvəqqəti mənzil kirayəsi əvəzinə pul kompensasiyasının artırılması hərbi qulluqçuların və onların ailə üzvlərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində müsbət addım olmaqla yanaşı, sosial ədalət prinsipinin daim rəhbərliyin diqqətində olduğunun göstəricisidir ki, bu da ordumuzun imicinə böyük müsbət təsir edir. Azərbaycan Ordusunda ictimai nəzarətin və şəffaflığın təmin edilməsi məqsədilə "Açıq qapı" günləri keçirilir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar