Xəbər lenti
Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.
“Yay məktəbi”nin növbəti günü tələbələr Birinci Çələbi Sultan Mehmet və Əmir Sultan türbələrini, həmçinin “Panorama 1326 Bursa” Fatih Muzeyini ziyarət ediblər.
Birinci Çələbi Sultan Mehmet Türbəsini ziyarət zamanı tələbələrə tikili haqqında ətraflı məlumat verilib. Türbə İldırım Bəyazidin oğlu Sultan Mehmet Çələbi tərəfindən 1421-ci ildə inşa etdirilib. Bursanın rəmzi kimi qəbul olunan türbədə I Mehmet Çələbi, oğulları Şahzadə Mustafa, Mahmut və Yusif, qızları Səlcuq xatun, Sitti xatun və Ayşə xatunun məzarları yerləşir. Tikiliyə, eyni zamanda, “Yaşıl türbə” də deyilir.
XV əsrə aid Əmir Sultan Türbəsini ziyarət zamanı qeyd olunub ki, sözügedən məkan Türkiyədə tanınmış dini ibadət ocaqlarından biridir. Burada dəfn olunmuş Əmir həzrətləri üç Osmanlı sultanı zamanında yaşayıb və sufilikdə vəlilik rütbəsinə yüksəlib.
Aİİ tələbələri “Panorama 1326 Bursa” Fatih Muzeyinə də ekskursiya ediblər. Burada Osmanlı dövrünə aid eksponatlarla tanışlıq gənclərdə xüsusi maraq yaradıb. Məlumat verilib ki, dünyanın ən böyük panoramalı muzeyi olan “Panorama 1326 Bursa” fəth gününü 360 dərəcə dairəvi döngədə təsvir edir.
Muzeyin rəsmi açılışı 15 fevral 2019-cu il tarixdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunub.
Qeyd edək ki, “Yay məktəbi”ndə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsi tələbələri də iştirak edirlər. “Yay məktəbi”nin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Yay məktəbi” davam edəcəyi günlərdə tələbələrə Ərəb dili, İngilis dili, Quran, Təfsir, Siyər, Hədis, Fiqh, Pedaqogika, bundan əlavə, Türk dili və
Ədəbiyyat fənlərinin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, tələbələr üçün müxtəlif iş adamlarının, tanınmış ilahiyyatçıların iştirakı ilə seminar və konfransların təşkili planlaşdırılıb.
Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri, İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar