Xəbər lenti
Təhsil Nazirliyi: Müəllimliyə imtahan verən 5-ə yaxın şəxsin nəticələri ləğv edilib
“Müəllimlərin işə qəbulu üzrə keçirilən test imtahanlarında ötən 6 gün ərzində 15 mindən artıq müəllim imtahan verib”.
Manevr.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib. Onun sözlərinə görə, bu müddət ərzində qayda pozuntusu edən 5-ə yaxın müəllimin nəticəsi ləğv edilib:
“Qayda pozuntusu əvvəlki illərlə müqayisədə azalıb. Qayda pozuntusu edən şəxslərə bir neçə dəfə xəbərdarlıq edilir. Daha sonra həmin şəxsin yeri dəyişdirilir ki, narahatlıq yaratmasın, köçürmə halı olmasın. Yerin dəyişməsi ən çox istifadə etdiyimiz iltizam qaydasıdır. Elə hallar olur ki, imtahana gələn şəxs zala qulaqcıqla daxil olur, bu, aşkarlanarsa, hadisə aktlaşdırılır və nəticə ləğv edilir. Eyni zamanda qadağan olunan texniki vasitələrdən istifadə etmək istəyənlər də olur ki, bu zaman nəticə ləğv edilir”.
M.Camalzadə bildirib ki, bu gün keçirilən imtahanlar zamanı başqasının yerinə imtahan vermək istəyən 2 şəxs aşkarlanıb: “Təbii ki, bunun qarşısı alınıb, sənədləşmə aparılıb və nəticələr ləğv edilib”.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar